Pişiklər niyə qadınları çox sevir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 140
Səs ver:
(səs: 0)
Qadınlar kişilərlə müqayisədə pişiklərlə daha sıx emosional əlaqə yarada bilirlər.

Loranda Etveş Universitetinin alimləri öz işlərinin bununla bağlı nəticəsini “Applied Animal Behaviour Science” jurnalında çap etdiriblər.

Macarıstanlı alimlər araşdırma zamanı 157 kişi və qadın pişik sahibini müşahidə ediblər. Nəticədə müəyyən olunub ki, qadınlar kişilərlə müqayisədə ev heyvanları ilə daha çox qarşılıqlı fəaliyyət göstərirlər.

Onlar pişiklərlə tez-tez danışırlar, onlara hansı yeməyin vacib olduğunu, nəyi yeməməlidirlər, hansı oyuncağın xoşlarına gəldiyini bilirlər.

Bundan əlavə, qadınlar tez-tez öz heyvanlarına gülümsəyir və onların emosiyalarını başa düşürlər. Maraqlıdır ki, ən möhkəm qarşılıqlı davranışın qadınlarla yaşlı pişiklər arasında, ən pisinin isə kişilərlə cavan heyvanlar arasında olduğu müəyyənləşdirilib.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri