Gülüş günü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 410
Səs ver:
(səs: 1)
Moyşa qoca kəndlidən 100 dollara uzunqulaq alır. Kəndli səhəri gün uzunqulağı ona gətirməli idi. Lakin səhər gəlib uzunqulağın öldüyünü deyir:
- Bağışlayın, ancaq uzunqulaq ölüb.
- Onda mənim 100 dollarımı qaytarın.
- Qaytara bilmərəm. Çünki xərcləmişəm.
- Yaxşı, onda ölüsünü mənə verin.
- Neynirsiz?
- Mən onunla lotereya oynayacam.
- Siz ölü uzunqulaqla lotereya oynaya bilməzsiz!!!!!
- İnanın ki, bilərəm. Ancaq heç kimə onun öldüyünü demə.
Bir aydan sonra kəndli Moyşanı görür.
- Ölü uzunqulağı neynədin?
- Dediyim kimi, onunla lotereya oynadım. Hərəsi 2 dollardan 500 lotereya bileti satdım. Nəticədə 898 dollar qəzanc əldə elədim.

Məktəbə gələn təzə müəllim görür ki, uşaqlardan birini hamı "axmaq Moyşa” deyib çağırır. Müəllim uşaqlardan Moyşanı niyə belə çağırdıqlarını soruşur.
- O, həqiqətən də, axmaqdı. Əgər ona böyük həcmli 5 şekelnən kiçik həcimli 10 şekeli uzatsan, o, 5 şekeli götürür. Elə bilir ki, 5 10-dan çoxdu. Bunu deyən uşaq cibindən 5 və 10 şekel pulları çıxarıb Moyşaya uzadır. Moyşa hər zaman olduğu kimi 5 şekeli götürür. Müəllim təəccüblə soruşur:
- Niyə belə edirsən?
- Baxın cənab müəllim, axı 5 şekel daha böyük həcmdədi.
Dərslərdən sonra müəllim yenidən Moyşaya yaxınlaşıb soruşur:
- Sən, doğrudan da, 5 şekelin 10 şekeldən az olduğunu anlamırsan?
- Əlbəttə, anlayıram.
- Bəs onda niyə 5 şekeli götürürsən?
- Çünki 10 şekeli götürsəm, onlar day mənə pul verməyəcək.

-Niyə Kominterndə Yeni Qvineya nümayəndəsi yoxdur?
-Burnuna sırğa taxmağa razılaşan yəhudi tapılmayıb.

-SSRİ-ni kim yaradıb?
- Stalin!
İsraili kim yaradıb?
- Stalin!
-Bütün bunlarda kim günahkardı?
- Yəhudilər.

İsrailin BMT-dəki səfiri tribunadan çıxışa başlayır: «Min illər öncə Musa peyğəmbər yəhudiləri başına toplayıb yer üzünü gəzirdi. Nəhayət, İordan çayının sahilinə gəlir. Əvvəl yəhudilər çaydan su içir. Sonra Musa peyğəmbər paltarlarını çıxarıb çaya girir. Çaydan çıxanda görür ki, ərəblər paltarlarını oğurlayıb». Bu an ərəblərin BMT-dəki səfiri yerindən qalxıb qışqırır: «O vaxtı ərəblər orda yaşamırdı».
İsrailin səfiri:
- Elə mən də onu demək istəyirəm.

İsrail-ərəb müharibəsi. Səngərlərin birində yeddi ərəb, birində isə bir yəhudi var. Yəhudi bir-bir çox işlənən ərəb adlarını çağırır:
-Əhməd!
Ərəbin biri ayağa qalxıb deyir:
-Mən!
Yəhudi onu vurur. Sonra çağırır:
-Həsən!
Bir ərəb ayağa qalxıb deyir:
-Mən!
Yəhudi onu da vurur. Beləcə o, altı ərəbi öldürür. Nəhayət, bir ərəb qalır. O yəhudinin hiyləsini başa düşüb eyni qayda ilə öldürmək fikrinə düşür. Səngərdən çağırır:
-Abram.
Abram başını səngərdən çıxarmadan soruşur:
-Kimdi məni çağıran?
Ərəb başını səngərdən çıxarır:
-Mən.
Səngərdəki sonuncu ərəb də belə ölür.

Bir ravvin o biri ravvinin yanına gəlib deyir:
- Saatımı oğurlayıblar. Bilirəm ki, sinaqoqa gələnlərdən biri oğurlayıb. Oğrunu necə tapım?
- Sinaqoqa gələnləri bir yerə topla və moizə oxu. «Oğurluq etmək günahdır» deyəndə gələnlərin gözlərinə bax. Kim gözlərini aşağı salsa, bil ki, oğru odu.
Səhəri gün saatı oğurlanan ravvin bir dəstə güllə məsləhət verən ravvinin yanına gəlir:
- Sağ ol, məsləhətin mənə çox kömək etdi.
- Oğrunu tapdın?
- Yox. Ancaq «Zina etmək günahdır» deyilən yerə çatanda saatı harda yaddan çıxardığım yadıma düşdü».

Rabinoviç arvadına deyir:
- Utanıram, çox utanıram.
- Nə olub?
- Abram artıq üçüncü dəfədir məni arvadının dəfninə dəvət edir. Ancaq mən onu hələ bir dəfə də olsun dəvət etməmişəm.

Çəlləkdə diri balıq satırlar. Abram soruşur:
- Balıq təzədi?
- Görmürsən, diridi.
- Mənim arvadım Sara da diridi, ancaq təzə deyil.

Yəhudi arvadı - ən gözəldi.
Əgər elə deyilsə – ən ağıllıdı.
Elə də deyilsə – onda ən xəstədi.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri