Qocalma əleyhinə preparat hazırlandı

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 008
Səs ver:
(səs: 0)
Britaniya alimləri mitoxondrilərdə əsas qocalma proseslərini dayandırmağa imkan verən preparat hazırlayıblar

Qadinla.com istinadən xəbər verir ki, Ekster Universitetinin mütəxəssisləri yeni AP39, AP123 və RT01 birləşmələrinin laboratoriya sınağını keçirərək onları qan damarlarının daxili səthini örtən endotel hüceyrələrdə yoxlayıblar. Tədqiqat nəticəsində alimlər hüceyrələrin qocalmasını azaldaraq bölünməyən “yaşlı” hüceyrələrin sayını 50 faiz aşağı sala biliblər.


Məlumata görə, effekt AP39, AP123 və RT01 preparatlarının hidrogen sulfidi mitoxondriyə çatdıraraq qoca və zədəli hüceyrələrə uzunmüddətli fəaliyyət və qocalma proseslərinin zəifələdilməsi üçün lazımi enerjini hasil etməyə köməyi sayəsində mümkün olub.

Alimlər qeyd edir ki, göstərilən birləşmələr əsasında preparatlar təkcə uzunömürlülüyü artırmağa deyil, eyni zamanda onun keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Bundan başqa, onların sözlərinə görə, mitoxondriyə belə təsir ürəktutması və insult riskini azaltmağa imkan verəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri