Yaşıllığı qoruyaq

Şərhlər: 6
Baxılıb: 1 515
Səs ver:
(səs: 0)
Ən qədim zamanlarda meşələr Yer planetində qurunun üçdə iki hissəsini tuturdu.Amma indi heç üçdə bir hissəsini də tutmur.Yaşıllıq ,hər şeydən əvvəl oksigen,təmiz hava deməkdir.Meşələrin qırılması yer üzərində əsas həyat amili olan oksigenin azalmasına səbəb olur.

Yaşıllığın qorunması ilə görülən tədbirlər.
Meşə örtüyünün qorunması üçün Ölkəmizdə meşələrin bərpa edilməsinə və artırılmasına dair «Milli Proqram» qəbul olunmuşdur.Bu promlemlə bağlı görülən digər mühüm tədbirlərdən biri Prezident İlham Əliyevin 2010-cu ili «Ekologiya» ili elan etməsi olmuşdur.Bakı və ətraf ərazilərdə 3 milyon ağacın əkilməsi ekologiya ilində həyata keçirilən ən böyük layihələrdən biridir.

Əkdiyi ağacın necə böyüdüyünü, ətrafa kölgə saldığını, bar verdiyini görmək insanı sevindirir.Bütün vətəndaşlar Vətənin təbiətini,yaşıllığı qorumağı özlərinə borc bilməlidirlər.

Ağacların orqanları və əhəmiyyəti.
Ağaclar canlı varlıqlardır.Onlar təffüs edir, qidalanır, inkişaf edir,çoxalıb yayılırlar.Bunların hamısı ağacların orqanları vasitəsilə yerinə yetirilir.

Ən kiçik bitkini dartıb torpaqdan çıxarmaq üçün xeyli güc sərf etmək lazım gəlir.Onu torpağa bərkidən kökləridir.Kökü möhkəm olan bitkini hətta güclü küləklər də yıxa bilmir.Onlar kökləri vasitəsilə həm də torpaqdan özlərinə lazım olan su və suda həll olmuş müxtəlif qida maddələrini mənimsəyirlər.Bəzi bitkilərin orqanlarından qida məhsulu kimi də istifadə olunur.Onların bir çoxunun meyvəsi ilə yanaşı ,kökü, gövdəsi,yarpağı və toxumları da yeyilir.Bu orqanlar həm dəbir çox heyvanların qidasıdır.

Ağaclardan nələr hazırlanır?
Ağacların oduncağından kağız və mebel hazırlanır. Ağacdan tikinti və yanacaq materialları kimi də istifadə olunur.

Meyvə ağaclarını niyə becərirlər.

Sağlam inkişaf etmək üçün insanların meyvələrə də böyük ehtiyacı var.Onların tərkibində insanlar üçün çox qiymətli vitaminlər,fayd alı maddələr olur.Alma,armud,şaftalı,heyva,ərik,gavalı,xurma,gilas belə meyvə ağaclarıdır.Bunların hamısı bağlarda becərilir.Bu meyvələrin ağaclarını bağ bitkiləri adlandırırlar . Vətənimizin hər tərəfində barlı-bərəkətli bağlar var.Qubanın ağ alması,Göyçayın narını,Ordubadın əriyini, Balakənin xurmasını,Lənkəranın limonunu,Abşeronun əncirini hər yerdə yaxşı tanıyırlar.Onlardan müxtəlif şirələr,mürəbbələr və cemlər hazırlanır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 515
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri