Yaraşıqlı görünmək sizin də haqqınızdır.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 8 717
Səs ver:
(səs: 3)
Adətən bəylik paltarının gəlinlik paltarından daha asan başa gəldiyini düşünürük. Halbuki bu heç də belə deyil.
Pencək- bəylik paltarı üçün ikiyanlı və ya adi pencək də seçmək olar. Pencəyin bədənə tam oturması isə onu daha şıq göstərər. Çiyinlər nə çox dar, nə də çox enli olmamalıdır.
Köynək- adətən smokinqlə bir yerdə ütü xətti olan köynəklər geyinmək məsləhətdir. Köynəklərin rənginə gəldikdə isə ağ və ya süd rəngli, həmçinin ağ işləməli köynəklər daha uyğundur. Manjetlər pencəyin qollarından bir barmaqdan artıq çıxmamalıdır.
Taxma düymələr - taxma düymələr daha çox xarakterinizə uyğun olmalıdır. Düymələrin parça yox, qızıl, gümüş və ya metal olmasına diqqet yetirin.
Qalstuk və ya dəsmal - smokinqi tamamlamaq üçün eyni parçadan hazırlanmış kəpənək taxmaq daha yaxşı olar. Əgər kostyum geyinəcəksinizsə, ona uyğun qalstuk seçməlisiniz. Bundan başqa pencəyinizin ön cibinə qalstukunuza uyğun dəsmal qoya, ya da yaxanıza gəlin buketindən kiçik bir çiçək taxa bilərsiniz.
Jilet - siz jilet geyinməklə də çox müasir və şıq görünə bilərsiniz. Əsas odur ki, jilet paltarınıza uygun olsun.
Şalvar - şalvarın ətəyi topuğu 5 sm-dən çox keçməməlidir. Balaqlar ayaqqabının üzərinə düşməli və mümkün qədər dar olmamalıdır.
Ayaqqabılar - qara rəngli, ipli ayaqqabılar smokinqlər üçün idealdır. Boz rəngli kostyuma qara, göy və ya süd rəngli kostyuma isə eyni rəngli ayaqqabılar daha uyğundur. Bundan başqa, corabın da ayaqqabı ayaqqabıya və şalvara uyğun olmasına diqqət yetirməlisiniz.
Unutmayın...
Əgər bəylik paltarını almaq istəyirsinizsə, elə model seçin ki, onu sonra da geyinə biləsiniz.
Başqa aksesuarlar kimi bəylik paltarının da fəsilə uyğun olmasına diqqət yetirin.
Pencəyin boyunun sizə uyğun olub-olmamasını bilmək üçün əllərinizi yanınıza salın və pencəyin ətəyini barmaqlarınızın ikinci buğumu ilə tutmağa çalışın. Əgər rahat tuta bilirsinizsə, deməli, pencək boyunuza uyğundur.
Şalvarın əyninizdə rahat durmasını istəyirsinizsə, belinizlə şalvar arasında maksimum bir barmaq boşluq olmalıdır.
Ayaqqabı seçərkən mümkün qədər alçaq dabanlı ayaqqabılara üstünlük verin. Belə ayaqqabılarla hərəkət etmək daha asan olur.
 

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 8 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri