Dünyaya kökəlmək epidemiyası başlayıb. 2015-ci ildə artıq çəkili insanların sayı 2.3 miyarda çatacaq.
2020-ci ilə artıq çəki bağlı ilə yaranan xəstəliklərin müalicəsi dünya iqtisadiyyatına 30 trln ABŞ dollarına başa gələcək.
Hər gün Yer kürəsində artıq çəkidən əziyyət çəkən insanların sayı 3000 nəfər artır.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən verdiyi məlumata görə, 1980-ci ildən başlayaraq kök insanların sayı ikiqat artıb. Bu artımın səbəbi isə insanların ucuz və yüksək kalorili, tərkibində çox duz, şirin və transyağ elementlərini özündə cəmləyən məhsulların gündəlik qida rasionuna daxil etmələrinin vərdiş halına düşməsi ilə bağlıdır.
"Əlbəttə, 7 milyard dünya əhalisini yedirtmək üçün bir çox tədbirlər görmək lazımdır, lakin onlara qeyri-sağlam qida vermək də düzgün deyildir"- ÜST-nın rəhbəri Maraqaret Çan bəyan etmişdir.
Planetin səhiyyə üzrə baş rəhbəri hökumətə insanları bütün üsullarla bu xəstətliklərdən xilas etməyə çağırıb.
Kök insanların sayının artmasında günah birinci növbədə, biznesi bütün dünyada günbəgün çiçəklənən fastfud yemək şəbəkələrin olduğu bildirilir. Bir neçə Avropa ölkəsi bu növ yemək şəbəkələrinə əlavə vergilər tətbiq ediblər. Növbədə isə şirin qazlı içkilərin istahsalçılarıdır.