Mənə dedilər ki, həyat baldı. Sadəcə bəzən çox şirin olur.
Mən də aldım bu baldan amma zəhər çıxdı.
Deyilənə görə bu balın insanlara ''xeyiri var"
Mənə dedilər ki, həyat çiçəkdi.
Sadəcə bəzən tikanlı olur.
Mən də aldım bu çiçəkdən amma ətri çox pis idi.
Deyilənə görə insanlar çiçək ətri verər.
Mənə dedilər ki, həyat bir qələmdi.
Sadəcə bəzən mürəkkəbi tökülüb ağ kağızı pinti edir.
Məndə aldım bu qələmdən amma yazmadı.
Deyilənə görə gözəl xətti olanlar üçündür bu qələm...
Mənə dedilər ki, həyat bir əsərdi.
Sadəcə səbrlə oxumaq lazımdı.
Mən də aldım bu kitabdan amma oxuduğum ən pis əsər oldu.
Deyilənə görə müəllifi mən idim.
Mənə dedilər ki, həyat bir evdi.
Sadəcə bəzən təmirsizdə ola bilir.
Mən də aldım bu evdən amma tavansız çıxdı.
Deyilənə görə buranın isti abu-havası olur.
Mənə dedilər ki, həyat oyundu.
Sadəcə bəzən uduzacaqsan.
Məndə oynadım bu oyundan amma o qədər cığallıq gördüm ki.
Deyilənə görə bu oyunda uduzan bir daha oynaya bilməz.
Mənə dedilər ki, həyat bir libasdır.
Sadəcə bəzən əynivə olmaya da bilər.
Mən də aldım bu libasdan amma cırıq çıxdı.
Deyilənə görə insanı geyimi ilə qarşılayırlar.
Mənə dedilər ki, həyat bir mahnıdı.
Sadəcə bəzən səsini yüksək vermə.
Məndə dinlədim bu mahnını amma heç zövqümcə olmadı.
Deyilənə görə xoşbəxtlər üçün yazılmış mahnıdır.
Mənə dedilər ki, həyat bir qapıdı sadəcə bəzən sınıqda olur.
Məndə yaxınlaşdım bu qapıya amma qıfılı var idi.
Deyilənə görə açarı aşiqlərin əlindədi...
Heyatda Hec vaxt hec vaxt demeyin