İki əkizin ana bətnində maraqlı dialoqu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 777
Səs ver:
(səs: 5)
Ananın bətnindəki iki əkiz uşaqdan biri o birindən soruşur:
- Sən doğumdan sonrakı həyata inanırsan?
- Əlbəttə inanıram. Hamı bilir ki, doğuşdan sonra həyat var. Biz burada ona görəyik ki, güclənək, doğuşdan sonrakı həyata hazır olaq.
- Boş söhbətdi. Doğuşdan sonra həyat ola bilməz. Olsaydı kimsə qayıdıb deyərdi ki, orada həyat var. Sən bilirsən orada həyat necədi?
- Mən inanıram ki, ora daha işıqlı olacaq, biz özümüz gəzəcəyik, öz ağzımızla yeyəcəyik və başqa işlər görəcəyik.
- Nə nağıl danışırsan? Adam özü necə yeriyər, adam necə öz ağzı ilə yeyər? Gülməlidir! Bizi qidalandıran göbəyimiz var. Doğuşdan sonra həyat filan yoxdur.
-Mən əminəm ki, bu mümkündür. Sadəcə olaraq hər şey bir az başqa cür olacaq. Bunu fərz eləmək mümkündür.
- Axı oradan hələ heç kim qayıtmayıb. Həyat sadəcə olaraq doğuşla bitir.
- Yox! Mən bilmirəm doğuşdan sonrakı həyat necə olacaq, amma əminəm ki, biz ANAnı görəcəyik və o, bizim qayğımızı çəkəcək.
- ANAnı? Sən inanırsan ki, ANA var? Varsa bəs o hardadır?
- O hər yerdədir, bizi əhatə edib və onun sayəsində hərəkət edirik, yaşayırıq, onsuz mövcud ola bilmərik.
- Cəfəngiyyatdı! Mən heç bir ANA-filan görməmişəm, odur ki, əminəm ki, ANA yoxdur.
- Səninlə razılaşa bilmərəm. Axı hərdən sakitlik olanda, onun necə oxumasını eşitmək olur. Hiss eləmək olur ki, o, bizim dünyamıza sığal çəkir. Mən qəti əminəm ki, bizim əsl həyatımız doğuşdan sonradır!
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 2 777
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri