Dahilər nə yeyirdi?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 546
Səs ver:
(səs: 2)
Dahilik qədim zamanlardan bəri insanları düşündürən xüsusiyyətlərdən biridir. Kimi dahiliyin anadangəlmə olduğunu düşünür, kimi də hər insanın özünü inkişaf etdirərək dahilik mərtəbəsinə yüksələ biləcəyinə inanır. Bəziləri isə dahiliyi yeyib-içdiklərimizin beyin fəaliyyətinə olan təsiri ilə əlaqələndirir.
 
Bəs görəsən, dahi olmağın yolu mətbəxdən keçə bilərmi?
 
Dünyaca məşhur bir çox professor hazırda bu ideyaları araşdırır. Hətta bir çox diyetoloq, yazar və psixoloq qidalanma vərdişləri ilə dahilik arasındakı əlaqədən bəhs edən kitablar nəşr etdirib.
 
Maraqlıdır, bu kitablarda da qeyd edildiyi kimi, rəssam, musiqiçi, yazar olmasından asılı olmayaraq, dahilərin çoxu yeyib-içmək düşkünü olub.
 
Pablo Pikasso
İspan rəssam Pablo Pikassonun əsərləri çoxlarına qeyri-adi görünə bilər. Ancaq rəssamın damaq dadı ənənəvi dadlara meyilli olub. O, zeytun yağını mətbəxindən əskik etmirmiş. Alça və fıstıqdan hazırlanan sousla bişirilən göyərçin ən sevdiyi yeməklərdən olub. Ov mövsümündə dağ keçisi yeməyi xoşlayıb. Pikasso dostlarla birlikdə yeyilən yeməyin daha dadlı olduğunu düşünüb. Tez-tez bohem restoranlara baş çəkib. Ən sevdiyi yemək isə "Paelya” olub (red: Paelya milli ispan yeməyidir. Düyü, dəniz məhsulları və sarıkökdən hazırlanır).
 
Pyer Oqüst Renuar
Fransız rəssam Pyer Oqüst qurman kimi tanınan dahilərdən olub. Gənclik illərində çətinliklərlə üzləşən Pyer sonralar rəsmlərinin satışından gələn gəlirin böyük hissəsini dadlı yeməklərə sərf edib. O, mətbəxinə yalnız keyfiyyətli məhsulları daxil edib. Məsələn, dəniz məhsullarından hazırlanan şorba istəyəndə, xüsusi olaraq Marsiliyadan kiçik xərçənglər gətizdirirmiş. Qaya balıqlarını və təzə razyananı isə yalnız Liondan alırmış.
 
Marsel Prust
"İtmiş zamanın izində” əsəri ilə dünya ədəbiyyatında özünəməxsus iz qoyan yazıçı Marsel Prust da qurman olub. Deyilənə görə, Marsel Prust heç vaxt çörək yeməyib, o, masada çörək görəndə süfrədən qalxırmış. Yazıçının kitabları kimi, təşkil etdiyi ziyafətlər də səs-küylü olub. Marselin əsgər yoldaşlarına verdiyi ziyafətlərdən birində süfrədə aşağıdakı yeməklər olub:
 
Xərçəng salatı, şampan şərabında bişmiş kəklik, qarağat sousunda ördək, şabalıd püresi və küldə bişmiş kartof.
 
Həmin ziyafət gecəsində süfrəni ölkənin ən bahalı şərabları bəzəyib.
 
Aqata Kristi
Ən çox oxunan detektiv romanların müəllifi Aqata Kristi də yeyib-içmək həvəskarı olub. O, səksəninci ad günü mərasimi ilə bağlı gündəliyinə bunları yazıb:
 
"Vineqret souslu avokado, içi kremlə doldurulmuş xərçəng, qara tutlu dondurma. Necə də ləzzətlidir!...”
 
Deyilənə görə, Aqata Kristi romanlarını kərəyağı çəkilmiş çörək dilimləri yeyə-yeyə yazıb. Badamlı keks isə ən sevdiyi şirniyyat olub.
 
Onore de Balzak
Fransız yazar Balzak da çox yeyimcil olub. O, yeməklərinə əlavə edilən xərçənglərin Ostindən, dilbalığının isə Normandiyadan gətirilməsini istəyib. Yazıçı qaz ciyərini, qızardılmış kəkliyi, ananas qızartmasını süfrəsindən əskik etmirmiş. İş o yerə gəlib çatıb ki, Balzak yemək bişirə bilən qadınlara eşq elan edib.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri