Şəxsiyyətlərarası
konfliktlər bəzən bizim istəmədən belə qarşımızadakı insana qarşı kobud
rəftrarımıza, onu incitməyimizə və bunun nəticəsində isə özümüzü
günahkar hiss etməyimizə səbəb olar.
Bəzən
qəsdən bəzən də bilməyərəkdən kiminsə xətrinə dəyirik və vicdan əzabı
bizi narahat edir. Üzr istəməli olduğumuzu bilsək də qarşı tərəfi daha
da incitmədən necə etməli olduğumuzu bilirikmi? Ümumiyyətlə üzr istəməyi
bacarırıqmı?
Üzr
istəmək şəxsiyyətimizi alçaltmaz. Çox zaman biz insanlar üzr istəməyi
utancverici bir hərəkət sayarıq. Əslində isə səhvini anlamaq, üzr
istəmək cəsarətdir və bizim özünə inamımızı təmin edir.
Danışıq
tərzi və üzr. Üzr istəyərkən danışıq tərzimizə, jest və mimikalarımıza
diqqət yetirməliyik. Çünki üzr istəyərkən gələcək konfliktlərə yol aça
biləcək hər hansı bir ifadəni işlətmək və qarşımızdakı insana ikinci
zərbəni vurmaq heç də xoş olmaz.Konflikt və müzakirə. Üzr istəyərkən
münaqişə etdiyimiz mövzunu sakit şəkildə müzakirə etmək məsələni
kökündən həll etməmizə yardımçı olar və bu da bizim üzr istəməmizi
asanlaşdırar.
İlk adddımın atılması.
Əgər
özümüzü günahkar hiss ediriksə, ilk addımı qarşı tərəfdən gözləmədən,
barışmağa özümüz cəhd etsək daha yaxşı olar. Barışmaq üçün üz üzə
danışmaq telefon , sms, e-mail və s. vasitələrdən daha effektlidir. Bunu
mütləq nəzərə almalıyıq.
Təklikdə üzr istəmək.
Söhbətimizə
kənardan müdaxilə olunmaması üçün və yaxud fikrimizin yayınmaması üçün
təklikdə danışmağımız daha məqsədə uyğun hesab edilir. Bu halda hər iki
tərəf təklikdə olduğu üçün ünsiyyət daha səmimi alınar və nəticəyə
müsbət təsir edər.
Səmimilik
önəmlidir. Əgər özümüzü günahkar hiss etmiriksə bu halda üzr istəməyək.
Çünki haqsızlığa uğradığımızı düşündüyümüz şəraitdə üzr istəmək bizi
daha aqressiv edər və özümüzü üzr istəməyə məcbur etdiyimiz üçün qarşı
tərəf qeyri səmimiliyimizi hiss edə bilər.
Üzr istəməyə gecikməyin.
Zaman
keçdikcə qarşı tərəf sizi bağışlamaqda tərəddüd edə bilər. Əgər
emosionalsınızsa mövcud situasiyadan sonra nisbətən zaman keçməyini
gözləyin. Bu zamanın çox uzun olmamasına xüsusi diqqət yetirin.