Keşmişdə insanlar bir-biri ilə necə əlaqə saxlayırdılar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 269
Səs ver:
(səs: 2)
Müasir insanların bir-biri ilə əlaqə saxlamaları çox sadədir - telefonlar, internet şəbəkəsi bunun üçün hər cür imkan yaradır. Bəs keçmişin insanları necə əlaqəyə saxlayırdılar? Təbii ki, bu heç də asanlıqla baş vermirdi. Bu yazıda keçmişin insanlarının bir-biri ilə əlaqə saxlama üsullarına nəzər salacağıq.

Keşmişdə insanlar bir-biri ilə necə əlaqə saxlayırdılar?


Tüstü
Amerikanın yerli əhalisi və Orta Asiyada yaşayan insanların uzaq məsafələrlə əlaqə vasitəsi tonqaldan çıxan tüstü idi. Onlar tüstüyə müxtəlif formalar verərək, fərqli mesajları lazımlı yerlərə çatdırmağa çalışırdılar.



Əşyalar
İlk əvvəl əşyaları ağaclara vuraraq, çıxarılan səslər ilə əlaqə saxlayan insanlar, daha sonra qavala oxşayan alət ilə əlaqə saxlamağa başlayıblar. Bu üsul əsasən Afrika materikində daha çox istifadə olunub.



Göyərçin
1800-cü illərdən etibarən insanlar göyərçinlər vasitəsilə bir-biriləri ilə xəbərləşməyə başladılar. İlk dəfə olaraq Belçikada istifadə edilən bu xəbərləşmə vasitəsindən hətta İkinci Dünya Müharibəsi əsnasında da istifadə edirdilər.



Teleqraf
1844-cü ildə amerikalı ixtiraçı Samuel Morze kəşf etdiyi teleqraf aparatı vasitəsilə göndərilən teleqramlar digər əlaqə vasitələri ilə müqayisədə müasir dövrün imkanlarına daha da yaxındır.



Semafor
Keçmiş dövrlərdə insanlar arasında əlaqə yaradan vasitələrdən biri də budur. İnsanların bir-birinə olan mesajlarınə əlindəki bayraqlarla digərinə çatdıran şəxs semafor adlanırdı. O, latın əlifbasının hərflərini göstərirdi.



Faks
Bir az müasir günümüzə yaxınlaşaq. Faksların köməyi ilə hərflər, qrafiklər göstərilə bilərdi. Hal-hazırda da bəzi şirkətlərdə bundan istifadə edilir, ancaq texnologiyanın inkişafı nəticəsində faksa ehtiyac get-gedə azalır.

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri