Məşhurlardan maraqlı fikirlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 459
Səs ver:
(səs: 0)
Bir gün Bəhlul Danəndədən soruşurlar:

- Evlənmək barədə heç düşünmüsənmi?
Cavab verir:
- Mən kamil bir qadınla evlənmək istəyirdim. Dəməşqdə biri ilə rastlaşdım, gözəl idi, amma dünyadan xəbərsiz idi. İsfahanda ağıllı bir qadın tapdım, amma gözəl deyildi. Qahirədə isə həm gözəl, həm də ağıllı bir qız rastıma çıxdı...-Soruşurlar ki, bəs nə üçün evlənmədin?
Cavab verir:
- Təəssüf ki, o da kamil ər axtarırdı!

***

Məşhur türk ədibi Nazim Hikmət Bursa həbsxanasında cəza çəkirmiş. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir.
Nazimi çağırırlar. Otağa daxil olur.... Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı şairə oturmağı təklif etmir. Söhbətdən sonra: "Gedə bilərsiniz" - deyir. Nazim Hikmət qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur:
- Ömər Xəyyamı tanıyırsınız?
- Əlbəttə. Onu tanımamaq olarmı?
- Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz?
Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir.
Nazim Hikmət deyir:
- Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar.
Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür...

***
Məşhur ingilis cərrahı Cozef Lesteri (1825-1903) bir dəfə gecə yarısı yuxudan oyadıb varlı pasiyentin yanına çağırırlar. Xəstəni müayinə etdikdən sonra Lester soruşur:
- Siz vəsiyyətnamənizi yazmısız?
- Yox hələ...
- Onda dərhal öz notariusunuzu və vərəsələrinizi bura çağırtdırın!
Qorxmuş varlı əl-ayağa düşür:
- Yəni vəziyyətim elə ağırdır?!
- Xeyr, təhlükəli heç nə yoxdur, sadəcə olaraq istəmirəm ki, gecə yarısı boş yerə yatağından qaldırılmış yeganə axmaq mən olam...
***

Səhər saat 8-də belə hündürdaban ayaqqabı, həddən artıq makiyaj və göstərişli geyimlə gəzən qadınları səmimi qəbul etmirəm. Qadın dediyin sadə olacaq...Makiyajsız üz və səmimi bir gülümsəmə... (Kıvanç Tatlıtuğ)

***

Real Madridin Türk əslli ulduzu Mesut Özil, matçdan əvvəl Quran oxuduğunu və Ronaldonun Quran dinləməkdən xoşlandığını söylədi.
Mesut Özil: "Mən Quran oxuyuram, Ronaldo dinləyir".

***

İnternetdə özüm haqqında məlumata baxarkən, ən sevdiyim cümləyə wikipedia-da rast gəldim və həmin məlumat budur:
"Zinedine Zidane is a Muslim (Zinəddin Zidan müsəlmandır)". (Zinəddin Zidan)
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri