Güclü küləyin sağlamlığınıza 7 mənfi təsiri

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 862
Səs ver:
(səs: 0)
Hələ dahi Hippokrat və Parasels elmi əsərlərində havanın insan sağlamlığına ciddi təsirini qeyd edirdilər. Müasir tibb də havanın insan sağlamlığına olan təsirini təsdiqləyir. Yağış, güclü külək, hava temperaturunun və atmosfertəzyiqinin kəskin dəyişilməsi əksər insanların sağlamlığına təsirsiz ötüşmür.Müasir elmi araşdırmalar güclü küləyin sağlamlığımıza olan mənfi təsirini sübut edir.

1.Alimlərin fikrinə görə, güclü külək insanın sinir sisteminə və psixikasına olduqca ciddi təsir edir,müxtəlif pozulmaların və xəstəliklərin kəskinləşməsinə səbəb olur. Belə ki, güclü külək başağrılarına, başgicəllənməsinə, miqrenə, depressiyanın kəskinləşməsinə səbəb ola bilər. Küləkli hava ruhi xəstələrin vəziyyətini ağırlaşdırır, belə havada intiharların sayı artır.

2.Küləkli hava insanın yuxusuna datəsir edir
- gecə vaxtı insan yuxusuzluqdan əziyyət çəkir, günorta yuxulu, süst olur.

3.Güclü külək ürək-damar sisteminin normal fəaliyyətini də pozur.
Nəticədə ciddi ürək-damar sistemi xəstəlikləri olan insanlarda ürək tutmalarının və infarktın riski artır.Lakin hətta sağlam insanlar küləklihavada ürək nahiyəsində narahatçılıq, nəbzin artması kimi simptomlları qeyd edirlər.

4.Külək həmçinin mədə-bağırsaq sisteminə də təsir edir - köp, qarınağrısı kimi simptomlar əmələ gələ bilər.

5.Tənəffüs sitemi xəstəliklərindən əziyyət çəkən insanlarda xəstəliyin kəskinləşməsi mümkündür. Yaponiya alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, güclü külək astma tutmalarının riskini artırır.

6.Oynaqlar da küləyə reaksiya verir
- oynaqlarda ağrılar əmələ gələ bilər.

7.Güclü külək insanın əhvalına mənfi təsir edir
- insan daha əsəbi və səbirsiz olur, əhvalı tez-tez dəyişir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri