Qışda nələri yemək ziyandır?

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 401
Səs ver:
(səs: 2)
 
Qidalanma məsələləri üzrə məşhur avstriyalı ekspert Karl Haynts Vaqner qış aylarında sitrus meyvələri yeməyin heç bir faydası olmadığını, əksinə, onların daha çox ziyan vurduqlarını bildirir.Dietoloq fikrini portağalın və naringinin orqanizmi sərinlətmək xüsusiyyəti olması ilə əsaslandırır.
Onun sözlərinə görə, bu da immuniteti darmadağın edir. Odur ki, sitrus meyvələri Yeni il bayramının ən sevimli meyvələri hesab edilsələr də, onlara o qədər də aludə olmağa dəyməz.
Yeri gəlmişkən, həkimlərin soyuqdəymənin profilaktikası və müalicəsində C vitamininin səmərəsiz olduğunu sübut etdikləri, bəlkə də, çoxlarına məlum deyil. Belə ki, bu vitaminin rasiona daxil edilməsi müalicədə irəliləyişə son dərəcə cüzi təsir edir. Lakin buna baxmayaraq, Vaqnerin fikri ilə heç də hamı razılaşmır. Bəzi mütəxəssislər narıncı meyvələrdə insan orqanizmini ilin qış dövründə müdafiə edən karotinoidlərin olduğunu bildirirlər.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri