Arterial təzyiq ürəyin arteriyalara qanı qovarkən damar divarına etdiyi təzyiqdır.Yetkinlərdə 110/70, 120/80 mmHg, uşaqlarda 90/60 mmHg , körpələrdə 70/50 mmHg –dır.Qolda dırsəyın 3sm üstündən, ayaqda dız üstündən ölçülür.
Əgər nəbz hiss olunmursa , göz bəbəkləri böyümüşsə və ifadəsizdirsə, bu ürəyın dayanması deməkdir.Ürəyin yenidən çalışması üçün onun tamamən dayandığına əmin olmaq lazımdır.
Yavaş da olsa , döyünən ürəyə əsla masaj edilməməlidir.
Masaj qaydası : Bütün yaş qruplarında döş sümüyünün alt yarısına ,döş sümüyü azca içəri doğru basılaraq masaj edilir.Diqqət etmək lazımdır ki, döş sümüyünün ucundakı qığırdaga basılmasın,əks halda qığırdaq qırıla bilər.Xəstə hərəkət edənə qədər masaj davam edilməlidır.
Yetkinlərdə (8 yaşdan yuxarı) – döş sümüyünün aşagı ½ və ya qığırdaq çıxıntının iki barmaq yuxarısına masaj edilir.Masaj edən xəstənın yanına döş sümüyünə paralel diz üstə oturur. Əlin içi ilə (əlı azca bayıra bükərək) ,digər əli onun üstünə qoymaqla ,qolları bükmədən ,çiyındən qüvvət alaraq döş sümüyü 4-6 sm içəri basılaraq masaj edilir.
Uşaqlarda (1- yaş) - yetkinlərdəkı kımı, lakin yaşının inkışafı nəzərə alaraq bir əllə və ya iki əllə 2,5 – 4 sm dərinliyində basılır.
Körpələrdə iki döş ucunun arasına , orta və üzük barmağı ılə 1,5-2,5 sm dərinliyində basılır.
CPR – Cardıopulmonar resuscıtaıon (ürək masajı və süni tənəffüs bırlıkdə)
Öncə xəstənin reaksiyası varmı yoxlanır.Yoxdursa arxası üstə uzadılır.Başı gerıyə , çənəsı azca yuxarıya yerləşdırilir. Nəfəs yolu açılır bu şəkıldə. Tənəffüsün olub – olmadıgı yoxlanır.Yoxdursa - 30 masaj -2 sünı tənəffüs verılır (masaj tezliyi dəqiqədə 100dən artıq olmamalıdır,tənəffüs ısə böyüklərdə dəqıqədə 8-10 dəfə,uşaqlarda 12-20 dəfə olmalıdır.) . Defibrilyator varsa 1 dəfə şok verılır.Ardınca 30:2 şəklındə masaj və sünı tənəffüs verılır.Xəstə gözünü açana , normal tənəffüs edənə qədər davam edılır.( Mənbələrdən bırı masajdan digəri sünı tənəffüsdən başlamağı dogru hesab edır. Körpələrdə 2 və 5 sünı tənəəffüs də mübahisə olunur)