Üzün
vaxtından qabaq qocalmasının səbəblərindən biri də kompüter arxasında
işləməkdir. Bu barədə britaniyalı kosmetoloq həkim Maykl Preyger deyib.
Onun
sözlərinə görə, pasiyentləri arasında kompüterin monitoru qarşısında
oturan qadınların üzündə vaxtsız qocalma əlamətlərini daha çox müşahidə
edib.
"Kompüter siması" termini ilə ifadə edilən üzün simptomları belədir: sərt qırışlar, gözlərin altında şişkinlik, nisbətən cavan qadınlarda boyun dərisinin sallanması.
Həkimlər
"kompüter simasının" səbəbini kompüterin arxasında oturuş tərzində
(başın aşağı sallanması) və gərgin işin doğurduğu qeyri-iradi mimiki
hərəkətlərdə görürlər.
Mütəxəssislər
qadınlara kompüterin yanına qoyulan güzgünün köməyi ilə öz mimiki
hərəkətlərinə nəzarət etməyi və hər saat üz əzələlərinin gimnastikasını
keçirməyi tövsiyə edir.