Yayda
ağcaqanadlar bizi həm yatmağa qoymur, həm də qanadlarının ifa elədiyi
gözəl musiqi səsi ilə bütün gecə əsəblərimizi korlayır. Gecə rahat
yatmaq üçün əvvəlcədən ağcaqanad öldürən dərmanlardan köməyindən
istifadə etmək olar. Yaralardan və əzabverən qaşıntıdan xilas olmaü üçün
təbii üsullara müraciət edin və şirin yuxuya davam edin.
Sirkə - Xüsusən alma sirkəsinin tərkibindəki turşular sayəsində yaralar sağalır. Pambığa damladaraq alma sirkəsini yaralara çəkin.
Buz - Bur terapiyası qaşıntı hissini azaldır və şişin qarşısını alır. Buz torbasını ağcaqanad sancan yerə qoyun və gözləyin.
Balı -
Faydaları saymaqla bitəyən bal antibakterial təsirə malikdir. Yaranın
yerinə bir miqdar bal çəkin. Bu zaman qaşıntı tez keçir.
Təbii yağlar -
Çay ağacı və lavanda yağı kimi təbii yağlar, şişliyi aradan qaldırır və
infeksiyaların qarşısını alır. Antibakterial və antivirial təsir
yaradan bu yağlar yaraların böyüməsinin qarısını alır.
Çay torbaları - Soyudulmuş çay paketləri şişkinliyi aradan qaldırır və yaranı nəmləndirir.
Limon -
Limon asitli meyvə olduğu üçün bakteriyalar və viruslara qarşı
təsirldir. Bu meyvələrin suları hər cür bakteriyaya qarşı mübarizə
aparır.
Nanə - Sərinləşdirici təsiri sayəsində nanə qaşıntını azaldır və həssaslığı azaldır.
Banan qabığı - Bəzi qaynaqlarda banan qabığının rahatlaşdırıcı təsirindən və yaralara yaxşı təsir etdiyi deyilir.
Aloe Vera -
Xüsusən də günəş yanıqlarına qarşı olduqca təsirli olan aloe vera
ağcaqanad yaralarına qarşı da müsbət təsir edən möcüzəvi bitkidir.