Şəkər tozu və qəndin bu faydalarını da öyrənin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 6 313
Səs ver:
(səs: 1)
Hər evdə olan toz şəkərin məlum olmayan istifadə sahələrini hazırladıq. Şəkərin istifadə sahələrinə çox təəccüblənəcəksiniz. Bu əməli və sadə üsullar.

Şəkər tozu işlənmiş bir şəkər olduğu üçün istehlak edilməsi təklif edilməsə də çox fərqli sahələrdə sizə fayda verə bilər. Bu üsullardan bəzilərini daha öncə eşitmiş ola bilərsiniz ancaq heç eşitmədiyiniz üsullarda olacaqdır.

Yaraların Müalicəsi

Şəkər tozu və qəndin bu faydalarını da öyrənin

Araşdırmalar, yara üzərinə səpilmiş şəkərin, antibiotiklər və digər müalicə üsulları yardımçı olmadıqda sağalmağı asanlaşdırdığını göstərir.

Dodaq peeling-i



Barmağınızı suya batırın, sonra şəkər tozu götürün. Dodaqlarınızı yavaşca dairəvi hərəkətlərlə masaj edin. Qış aylarında sevərək tətbiq edəcəyiniz bir üsuldur.

Üz yuma



1 xörək qaşığı şəkər, 1 xörək qaşığı düyü unu və 1 xörək qaşığı süddən ibarət olan bir qarışıq hazırlayın. Təmiz üzünüzə tətbiq edin və 5 dəqiqə boyunca dairəvi hərəkətlərlə yüngülcə masaj edin. Quruyandan sonra soyuq su ilə yuyun. Dərinizə təbii bir həyat verəcəkdir.

Bədən Peeling-i



Bu, evdə asanlıqla və uyğun büdcəylə hazırlayacağınız ən sadə peeling-lərdən biridir. Qatı şəkər hissəcikləri dərinizi çox həssas bir şəkildə təmizləyir.

Şirniyyatların Rəf Ömrünün Uzadılması



Kökələri daha uzun müddət təzə saxlamaq üçün,yanına bir neçə kub qənd qoyun. Paketin ya da şüşənin ağzını bağlayın.

Ayaq Altını Yumşaltmaq Üçün



Şəkər və nanə yağı qarışığı, ayaqlarınız üçün mükəmməl bir yumşaqlıq təmin edir. Şəkər ölü dəri hüceyrələrindən təmizləyir. Yağ, ayaqlarınızı nəmləndirir və yumşaldır.

Əl Təmizləyicisi



Əllərinizi mühərrik yağı və ya asanlıqla çıxarılmayan başqa bir ləkə varsa şəkər istifadə edə bilərsiniz. Hər hansı bir yağ ilə qarışdırın və bu qarışıq ilə əllərinizi yuyun.

Ləkə Çıxarıcı



Şəkər ot ləkələrini çıxarmada yardımçı ola bilər. Ləkəyə şəkər səpin 1 saat gözlədin. Sonra paltaryuyan maşında yuya bilərsiniz.

Çiçəklərin Ömrünün Uzadılması



Şəkər çiçəkləri təzə saxlamağa yardımçı ola bilər. Yarım litr suya 3 xörək qaşığı şəkər, 2 xörək sirkəsi əlavə edin. Şəkər çiçək saplarını qoruyur və sirkə bakteriya törəməsinə mane olur.

Böcək Sancmaları Üçün



Bir həşərat dişləməsindən sonra,zədələnmiş bölgəyə bir az şəkər sürün. Zəhəri bayıra çıxarmağa və şiş qarşısını almağa yardımçı olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 6 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri