Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

Müəllif: adsiz-a
Şərhlər: 3
Baxılıb: 1 906
Səs ver:
(səs: 0)
1. Ev əşyalarınızda ərpləri aradan qaldırmaq.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

Asanlıqla paltar maşınındakı və ya qabyuyandakı ərpləri yox edə və bir az alma sirkəsi ilə təmizləyə bilərsiniz. Boş bir maşını standart rejimə işləməyə başladın. Ona 3-4 dəqiqə sonra, 2 stəkan alma sirkəsi əlavə edin.

2. Təzə çiçəklərin ömürünü uzatmaq.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

2 xörək qaşığı alma sirkəsi, 3 xörək qaşığı şəkər tozu və 1 litr ilıq suyu qarışdırın və çiçəkləri onun içinə qoyun. Bununla güllərinizi bir neçə gün əlavə olaraq təzə saxlaya biləcəksiniz.

3. Quru ləkələri təmizləmək.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

1 xörək qaşığı maye sabunu, 1 yemək qaşığı ağ sirkə və 2 stəkan ilıq su ilə qarışdırın. Bu qarışıq, şərab və qəhvələrin köhnə qurumuş ləkələrini çıxarmanıza kömək edəcək.. Bu qarışıqdan həm də qabyuyan maşında da istifadə edə bilərsiniz.

4. Kifə qarşı.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

Saf sirkə, kifdən xilas olmağınıza köməkçi ola bilər. Mayeni kifli nöqtələrə spreyləyin və həmin yeri sərt bir süngərlə sürtün. Sirkə buxarlansın. Bu, xlorlu paltar suyu istifadə etməkdən daha etibarlı və daha effektivdir.

5. Duşu təmizləmək.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

Suyunuzu, su və sirkə qarışığı ilə 1: 1 nisbətində təmizləyə bilərsiniz. Duş başlığını qarışıqla birlikdə bir tavaya qoyun və 5-7 dəqiqə qaynadın. Mayenin soyumasını gözləyin. Hamamdakı, tualetdəki başqa metal əşyalarınızı da saf alma sirkəsi və süngərlə təmizləyə bilərsiniz.

6. Sobanı təmizləmək.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

Soba təmizləmək üçün su və sirkə məhlulundan istifadə edilə bilər. Bu yemək bişirmə əsnasında yağın soba səthində qalmasının qarşısını alacaqdır. Eyni tətbiqi mikrodalğalı soba üçün də edə bilərsiniz.

7. Sellülitdən xilas olmaq.

Sirkədən istifadənin daha əvvəl heç yerdə eşitmədiyiniz 7 faydali tərəfi

3 çay qaşığı alma sirkəsi ilə 1 çay qaşığı E vitamini yağını qarışdırın və qarışığı dərinizə gündə iki dəfə masaj edin. Bu sellülitdən xilas olmağınıza köməkçi olacaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri