Qaşlara görə xarakteri müəyyən etməyin yolu tapıldı

Müəllif: Son Bahar
Şərhlər: 9
Baxılıb: 3 520
Səs ver:
(səs: 0)
Özünə vurğun və ən eqosentrik insanlar qalın qaşları olan insanlardır.

Qadınla.com xəbər verir ki, Toronto universitetindən olan alimlər belə bir nəticəyə gəlib.

Araşdırmanın nəticələri “Journal of Personality” jurnalında dərc olunub. Tədqiqatçıların dediyinə görə, qadın və ya kişidə qalın qaş onun xarakterində narsisistik ünsürlərin olmasından xəbər verir.
Hər iki cinsdən olan könüllülər psixoloji testdə iştirak edib. Hər bir iştirakçının neytral üz cizgilərini əks etdirən fotoşəkli digər eksperiment iştirakçılarına göstərilib. Fotolar arasında ən eqosentrik iştirakçılar qalın və sıx qaşları olan şəxslər olub.

Nəzarət qrupuna həmin şəxslərin qaşsız (fotoşopda silinmiş) fotoşəkillərini göstərdikdə, iştirakçılar həmin şəxsin xarakteri barədə fikir irəli sürməkdə çətinlik çəkib. Ancaq qaşlı fotoşəkillər göstərilən zaman tam dəqiq olaraq ən özünə vurğun insanları seçə biliblər.

“Narsisistlər hər zaman diqqət mərkəzində olmağı sevir. Ətrafda olanları özünə sevdirməyə çalışır, ona görə diqqət cəlb etmək üçün qalın qaşlara qulluq edir. Onlara elə gəlir ki, ətrafdakıların da bundan xoşu gəlir”, - deyə tədqiqat qrupunun üzvü Miranda Cakomin bildirib.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri