Get məndən uzaq dur xatırlama adımı, Sən artıq gözümdə o sən deyilsən. Unut xatirəmi, parçala at şəklimi, Sən artıq gözümdə o sən deyilsən. O mənim sevdiyim o sən deyilsən.
Sənə könül verən nicat tapmamış, Söylə səni sevib kim ağlamamış? Günah dəftərində boş yer qalmamış, Canımı verdiyim o sən deyilsən O mənim sevdiyim o sən deyilsən.
Eşqi qədəhlərdə axtaran olmusan, Bu budaqdan o budağa qonub qalmısan, Sən özünə belə zərər olmusan, O mənim sevdiyim o sən deyilsən...