Rəngli yağış

Şərhlər: 5
Baxılıb: 1 773
Səs ver:
(səs: 0)
Necə də rəngli yağır varlığından məhəbbət,
Mən hələ görməmişdim məhəbbəti bu rəngdə.
Sənsiz hamı özgədi,sənsiz mən mənə qürbət,
Duyğular özbaşına,hərəsi bir ahəngdə.

Göyün qurşağı kimi varmış yerin qurşağı,
Yerin torpağı kimi varmış göyün torpağı...
Bulağın gözü kimi varmış gözün bulağı,
Quruyar o bulaqlar küsgün ayrılan zəngdə...

Bir sənin gözlərindən cənnətə qapı vardı,
Bir sənin gülüşündə dörd fəsil də bahardı.
Axxx... necə zəngin sevir,qəlbin varlı diyardı,
Köçər mənim soluma qəlbim olarsa təngdə.

Nəfəsimə qoxunu qat ki,ömrüm uzansın,
Ayrılıq məğlub olsun,qoy sevgimiz qazansın.
Eşqinin atəşində dərdlərim oda yansın,
Qoy sənli xəyallarım uçuşsun çərpələngdə.

Müəllif: Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 773
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri