Heç bilmirəm nankor ürək, Axı sənsiz necə atır? Sən yoxsansa Günəş hər gün, Necə doğur, necə batır? Saçlarımda üzə bax bir, Ağarmayıb sən gedəndən. Gözüm də gözümdən düşüb Yaşlarını səngidəndən. Dodağım da vəfasızdı, Sənsiz necə nəğmə deyir?! Axı necə o çay içir? Axı necə yemək yeyir? Dilimə də inanmayın! Yalançıymış -bilməmişəm. Demişdi :"getsə, ölərəm", Bəs mən niyə ölməmişəm? Nəfəsim də rahat- rahat, Hey dolanır xainanə. Varlığını verməliydi, Getdiyin o gün ianə. Ayaqlarım daşa dönsün, Çıxıb sənə gəlmir daha. Bu bədənin hər hissəsin, Tapşırıram mən Allaha.