A zalim

Şərhlər: 8
Baxılıb: 1 356
Səs ver:
(səs: 0)
Dil qönçəvi getdin deyə qan etdin, a zalım,
Yaz ömrünü yaz vaxtı xəzan etdin, a zalım.

Məndən sora bir olmadı naşad ürəyin şad,
Hər gün beləcə ahü fəğan etdin, a zalım.

İndi bu peşimanlığıvın yox sənə xeyri,
Sən xeyri bu sevdada ziyan etdin, a zalım.

Vəslində ikən gülmədin Əfsanə Rəvanın,
Göz yaşıvı hicrində rəvan etdin, a zalım.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri