Ayrılığın ilk saatları

Şərhlər: 5
Baxılıb: 1 395
Səs ver:
(səs: 0)
Və ayrılığın ilk saatlarını yaşayıram,
Təkliyə sürünürəm yavaş-yavaş.
Arxamca sadəcə qırılmış ümidlər qalır...

Sən hansı ara bu qədər vecsiz oldun,
Uzağ oldun?!
Bu məsafədən anladım ki,
insan xoşbəxt olanda şəkil çəkdirmək yadına düşməz...
Buna ikimizin bir yerdə olmayan şəklini tapmayanda əmin oldum.

Bir çərpələng istəyirəm,
İpini boğazıma keçirib uçursun məni.
İndi bilmirəm sənə qarşı hansı hissimi öldürüm,
Sevgimi,
İnamımı,
Yoxsa arzularımı...

Mən o qədər parçalanmışam,
Heç kim toplaya bilməz,
Toplaya bilməz məni.
Uçuruma dönüb dörd yanım,
Mən tərəfə addım belə ata bilməz kimsə
Bir gün özüm uçacam yanımdan...

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri