İşdi, günün birində, Görsən çox üşüyürsən, Görsən ki, sevənin yox, Daha itib inancın, Heç kəsə güvənin yox... Çəkinmə heç bir şeydən, Birinci mənə zəng vur.
Hamı üstünə gəlsə, Hamı qınasa səni. Hamı bildiyin edib, Birdən sınasa səni. Qəfil hər kəsi unut, Birinci mənə zəng vur.
Tənha qalsan nə vaxtsa, Darıxsan dəli kimi... Heç kəsin məhəbbəti, Görsən ki əvəz etmir, Sənə olan sevgimi, Birinci mənə zəng vur... Səfail Aqiloğlu