Məktəb xatirələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 972
Səs ver:
(səs: 1)
Deyirəm kaş,
zamanın əlindən alıb qaçaydım o vaxt,
məktəbli illərimi...
Bizə əlifbanı "A" hərfindən başlayıb öyrətdilər..
Hər şagird üçün bunun bir özəlliyi vardı:
Kimi "Azərbaycan"sözüylə,
Kimi "Ana"kəlməsiylə,
Kimisi də "Allah"la əlaqələndirirdi...
Mənimçün də xüsusi önəm daşıyırdı bu hərif...
"Aygün" sözünün ilk hərfi kimi...
Biz Aygünlə eyni partada otururduq onda,
Mən "Aygün" sözüylə eyni partdada idim "10"da
oxuyanda da...
Birinci sinifdə o sözü,
partanın üstünə yazmağımın,
birdə,dərsdən qalmaq istəməməyimin
səbəbi,
onda oxuyanda da,mənə aydın olmamışdı...
Arxada oturan Vüqar dalaşqan biri idi..
Aha,indi aydın oldu ki,mən dərsdən qalsam,
Vüqar yerimdə otura bilərdi...
və Aygünlə...nə isə...
Yenə də aydın olmur ki,bu sevgi idi?
Yoxsa paxıllıq?...
Aygünlə mən bacarırdıq
bir-birimizi təəccübləndirməyi:
Məsələn altıncı sinifdə oxuyanda,
Bir dəfə,Vüqar-"Aygün!"deyə çağıranda,
Aygünün birdən ona "can" deməyi-məni,
Birinci sinifə ilk getdiyim gün,
Mənim ingiliscə-"birdən onacan" deməyim
Aygünü çox təəccübləndirmişdi...
Nə isə...
Riyaziyyat dərsini heç sevmirdim,
"Toplananların yerini dəyişəndə cəm dəyişmir" ifadəsinə görə..
Dərs vaxtı Aygünlə danışıb,dərsə mane olduğumçün,
müəllim-kitab dəftərini topla,Vüqarla yerini dəyiş!-deyəcəkdi mütləq...
Bu zaman mənim rəngim,əhvalım,
cəmi-halım dəyişmirdimi?
İnsan biologiyasını da sevmirdim...
Ona görə bəlkə də,
insanların "iç üzünü" tanıya bilmədim heç vaxt...
Nə isə..
Sinfimizin "milli qəhrəmanı" idim,
Hər bayramqabağı,dərs vaxtı,
dəhlizdə fitil partladanda,
qəhrəmana çevrilirdim dostlarımın gözündə...
Nə isə..
Aygün o vaxtdan "aya-günə" dönüb...
Vüqar vüqarla Vətənə xidmət edir...
Nə isə..
Mən isə hələ də,"nə isə" ola bilməmişəm!...
Deyirəm kaş,
zamanın əlindən alıb qaçaydım o vaxt,
məktəbli illərimi...
Nə isə!...

Ceyhun Aranli
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 972
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri