Ürəyində bir məzarlıq yer saxla...

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 4 659
Səs ver:
(səs: 0)
Ömür keçir, yarı yolu haqladım,
Biçarə bir eşqə könül bağladım.
Dərd də olsa, əzizləyib saxladım,
Ürəyimi deşəcəyi gün üçün...

Varlığıma hopdurmuşam adını,
Qəm yoğurub, kədər yapan Qadının.
Qalayıram cəhənnəmin odunu,
Öz içimdə bişəcəyim gün üçün...

Bu həsrətin doğması O, yadı O,
Sevincimin soyadı O, adı O .
Qoruyuram qəlbimdəki çatı, O,
Neştər ilə eşəcəyi gün üçün...

Al bıçağı, yar sinəmi, bıçaqla,
Qoyma öləm, sıx köksünə, qucaqla.
Ürəyində bir məzarlıq yer saxla,
Gözlərindən düşəcəyim gün üçün...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri