"Ana sığalı"

Müəllif: Diablo
Şərhlər: 11
Baxılıb: 4 015
Səs ver:
(səs: 0)
Dediyin hər kəlmə, dediyin hər söz,
Qəlbimdə ləl- gövhər, incidir ana!
Səni sağ tərəfdən vuran o iflic,
Məni sol tərəfdən incidir ana...

Biz bütöv bir canıq, sən sağ, mən də sol,
Mən səninlə varam, getsəm hayana.
Səssizcə uzanmaq sənə yaraşmır,
Aç yorğun gözünü, məni duy, ana!

Bir ana sığalı çəkməyin üçün,
Bu başı çiynimdə daşıyıram mən.
Demə ki, balamın balaları var,
Hələ sənin üçün yaşayıram mən.

Sən də mənim üçün dur, qalx ayağa,
Qoymayaq sevinsin bu zalım iflic.
Yanağım arx açdı göz yaşlarıma,
Ana da balasın ağladarmı heç ?!

Dur, qurbanın olum, qucaqla məni,
Sıx köksünə yenə ağ saç balanı.
Ömür karvanına il gərəkdirsə,
Fədadır ömrümün geri qalanı ...

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri