Mən bulaq tək quruyub,
Sən gül kimi solaydın.
Gərək ya mən öləydim,
Ya sən dəli olaydın.
O, sevgi yuxu idi,
Gərək ayrılmayaydıq.
Biz elə görüşmüşdük,
Belə ayrılmayaydıq.
Görən, kim gecikibdir,
Görən kim tələsibdir?!
Vüqarımız dağ olub,
Yolumuzu kəsibdir.
Yalanınla ömrümdə,
Ömür boyu qalansan.
Nə mən yaddan çıxanam,