Arzudan maraqlı Master Klass - Həcmli 4 rəqəmi - FOTO İZAH

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 5 347
Səs ver:
(səs: 1)
Salam saytın dəyərli qızları. Bu gün tam fərqli bir mövzuyla gəlmişəm. Bu yaxınlarda oğlumun məktəb şənliyi oldu, 4-cü siniflə vida şənliyi deyim daha dəqiq. Eləcə sinifdə qeyd etdik və sinifin bəzənməsini bütün dekorları müəllimə mənə tapşırdı. Daha öncə də bəzəklər düzəltmişdim sinif üçün ancaq bunlar daha iri və daha əziyyətli idilər deyə istədim sizinlə paylaşam. Dekorları addım addım çəkib saytda yerləşdirim dedim bəlkə kiminsə hazırlamağına vəsilə olsam nə xoş mənə))
Demək bu aralar uşaq ad günləri və şənliklərində fotosessiya üçün iri həcmli rəqəmlər çox dəbdədir, mənim də hazırladığım məhz həcmli 4 rəqəmi idi. Rəqəmin ölçüsü 90 santimetr alındı.

Bu rəqəmi hazırlamaq üçün lazım olan ləvazimatlar:

4 rulon qofri kağız (jatıy kağız da deyirlər) bir rulonda 3 metrə olur
2 list 3-5 sm-lik penoplast (1 m - 1m 20 sm)
Tapanca kley üçün 6-7 kley çubuğu.
Kağız skotch
1 vərəq glitterli foamiran kağız (arxası yapışqanlı zərli kağız)

Hazırlanma qaydası:

İlk öncə penoplastın üzərinə bizə lazım olan rəqəmi çəkirik.

Arzudan maraqlı Master Klass - Həcmli 4 rəqəmi - FOTO İZAH

Sonra başlayırıq kəsməyə. Bu arada asan görünə bilər ancaq penoplast bərk olduğundan burda xeyli əziyyət çəkdim)))



Bir listi kəsib bitirəndən sonra ikincini də eyni şəkildə səliqəylə kəsməyə başlayırıq, beləliklə iki dənə 4 rəqəmimiz alınır.



Sonra bu iki rəqəmi bir birinin üstünə qoyub yaxşıca kleyləyib yapışdırırıq, rəqəm daha həcmli olsun deyə. 3 sm-lik penoplast oldugundan 6 sm qalınlığında rəqəm alınır. Mənə 6 sm az gəldiyindən,(idealda 10 sm olmalıdı) artıq qalan penoplastları da kəsib arasına yerləşdirdim məndə rəqəmin qalınlığı 9 sm oldu.)) İstəsəz belə edə bilərsiz. Kənarlarındakı kəsik yerləri səliqəsiz olmasin deyə nazik kardon və kağız skotchla yapışdırdım. (Şəffaf skotch istifadə etmək olmaz. kley isti olur yandırır) Bu cür bir karkasımız alındı.



Daha sonra, aldığımız jatıy kağızları 5x5 sm-də hissələrə kəsirik.





Sonra bir qələm götürüb onun arxasına kağız kusokunu bükürük və kleyləyib rəqəmin bir kənarından yapışdırmağa başlayırıq. Sıx sıx yapışmalıdır!







Mən 2 rəngdən istifadə etdiyim üçün, rəqəmin orta hissəsinə az qalmış digər rəngdən də qarışıq yapışdırmağa başladım.



Beləcə getdikcə bənövşəyi rəngi azaldı və krem rəngi üstünlük təşkil etdi. Kənarlarda da eyni üsulla qarışdırıb yapışdırırıq. Bütün hər tərəfi kağızlanıb bitəndən sonra keçirik rəqəmimizin tacını hazırlamağa)) Bundan ötrü, glitter foamiran kağızın arxasına istədiyimiz tac formasını çəkib kəsirik. Qalın olsun deyə başqa kardondan da eyni formanı kəsirik. Foamiranın arxası yapışqanlı olur deyə rahatca onu kardon formaya yapışdırırıq. Beləcə daha sağlam bir tacımız əmələ gəlir.



Tacı rəqəmimizin yuxarısına bir az çəp formada yapışdırırıq. İstəyən tacın uclarını iri ağ muncuqlarla bəzəyə bilər. Məndə yox idi deyə etmədim, ürəyimdə qaldı arzum :D Beləliklə rəqəmimiz hazırdır!



Şəkili sinif otağında çəkmişəm))

Bu işi hazırlamaq hardasa 1 həftəmi aldı. Ancaq ilk iş üçün gözəl alındı deyə düşünürəm odur ki, dəydi əziyyətimə. Bütün materiallar konselyarski mağazalarda satılır, bir rəngdən də istifadə edə bilərsiz. Hətta rəqəmin arxasını da eyni şəkildə kağızla yapışdıra bilərsiz, bu halda daha çox rulon istifadə etmiş olacaqsız.
Sizdə bu rəqəmlərdən hazırlayıb övladlarınızın ad günündə maraqlı fotozona yarada bilərsiz. Çətin görünsə də balalarımızın sevinməyi dünyalara dəyər deyilmi?

P.S- MK ilə bağlı bütün suallarınızı şərhlərinizdə yaza bilərsiz.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 5 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri