Arzudan maraqlı Master Klass - Salfet güllərin hazırlanması

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 3 410
Səs ver:
(səs: 1)
Salam usercanlar)) Bu gün sizə söz verdiyim salfet güllərin hazırlanma qaydasını paylaşacam şəkillərlə. Həcmli 4 rəqəmi xəbərimdə şərhlərinizdən həvəsləndim))) Əslində bəziləriniz bəlkə də bu gülləri hazırlamağı bilirsiz, bilməyənlər də bilsin istədim. Həmçinin həcmli rəqəminizi də bu cür hazırlanmış (ancaq xırda ölçüdə) güllərdən edə bilərsiz. Keçək addım addım izaha:

LAZIM OLANLAR:


1 paçka rəngli salfet
Xırda rezin və ya sap
Qayçı.

HAZIRLANMA QAYDASI:


İlk öncə salfetləri düzbucaq formada açın və 2 ədədini (3 də olar ancaq 2 kifayət edir) üst üstə qoyun.

Arzudan maraqlı Master Klass - Salfet güllərin hazırlanması



Sonra qat tərəfini nazik kəsin çıxarın.



Daha sonra salfetləri ensiz tərəfindən yelpik şəklində qatlamağa başlayın.



Qatlayıb bitirəndən sonra ya rezinlə ya da sapla tən ortasından bağlayın. Bir az əlinizlə açın ki kəpənək formasında olsun.



Sonra isə hər iki kənardan salfetin incə qatlarını yuxarıya doğru aparın. Bunu çox ehtiyyatla edin ki, çünki salfet qatları çox nazik olur asanlıqla cırıla bilər.




Beləcə hər iki tərəfi də bitəndən sonra çox qəşəng bir gülləriniz alınacaq.




Mən 3 rəngdə etmişdim. Sonra isə 2 gülü birləşdirib, arasına da ip yapışdırıb iri bir ponpon düzəltdim. Bu da otaqdan asmaq üçün gözəl ideya oldu. Pon pon etmədiklərimi isə divara dekor etdim)))



Məncə aydın izah etdim. Yenə hansısa qaranlıq qalan məqamlar olsa şərhlərinizdə yazıb soruşa bilərsiz.
Sizin də maraqlı əl işləriniz varsa paylaşın saytımızda, bizdə görək bəhrələnək)))
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 3 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri