Kişilər üçün qısa müddətdə möhtəşəm nəticə verən "Meqa-Star" Tarkanın pəhrizini təqdim edirik:
Deyilənə görə, Tarkan bu pəhriz sayəsində 20 gündə 8 kiloqram arıqlayaraq, 78 kilodan 70 kiloya düşüb.
Onu da qeyd edək ki, Tarkan pəhrizini saxlayarkən gündə ən az 1 saat 30 dəqiqə idman etmək lazımdır. Pəhriz zamanı ac qalmayacaqsınız.
Deyilənə görə, şirniyyatı çox sevən Tarkan pəhriz müddətində belə, balqabaqdan hazırlanan xüsusi şirniyyatlardan imtina etməyib.
Səhər yeməyi: * 2 dilim kəpəkli çörək və ya yulaf əzməsi * 100 qram yağsız lor pendiri * Pomidor, bibər və xiyardan ibarət salat (alternative olaraq badamlı salat yemək olar) * Bir stəkan yağsız süd və ya sadə çay
30 dəqiqə keçdikdən sonra: *Qreyfrut, portağal, alma və kökdən hazırlanan 1 stəkan meyvə şirəsi
Günorta yeməyi: * İki ədəd orta böyüklükdə kartof * 150-200 qram toyuq (alternativ olaraq yağsız qırmızı ət və ya balıq) * Duzsuz, yağsız salat * Bir ədəd banan və kivi
Axşam yeməyi: * İspanaq, gül kələmi, qabaq, kərəviz, kartof, noxud, mərci kimi qidalardan hazırlanmış 1 porsiya yağsız, duzsuz tərəvəz yeməyi. * Duzsuz, tərəvəzli plov (dad vermək üçün limon əlavə etmək olar) * Üç yumurtanın ağı * Meyvə salatı (tərkibində banan, kivi, armud, yaşıl alma və üzüm ola bilər)
30 dəqiqə sonra: Bir ədəd rəndələnmiş kök (üzərinə bol miqdarda limon sıxılmalıdır) Pəhriz zamanı həftədə 2-3 dəfə aşağıdakı şirniyyatlardan yemək olar:
Balqabaq halvası: tərkibinə şəkər əvəzinə süni dadverici əlavə edilməlidir. Limonla dad vermək olar. Manna yarması ilə hazırlanan şirniyyat: manna yarmasını tavada çəhrayı rəng alana kimi qovurun. Kənarda suyu, süni dadvericini və limon suyunu qaynadıb üzərinə əlavə edin.
Qeyd: gündə bir dəfə sadə qəhvə, 4-5 dəfə limonlu çay, həftədə ən azı 3 dəfə cökə çayı içmək olar.