Türkiyənin Düzce vilayətində yaşayan 18 yaşlı U.S. polisin mühafizəsinə alınıb
O, polis idarəsinə yollanaraq bildirib ki, illərdən bəri dayısı tərəfindən zorlanır. "İmam nikahında yaşadığım ərim isə məni kişilərə pulla satır", - 18 yaşlı U.S. bildirib. Milli.Az AHT-yə istinadən bildirir ki, U.S.-in şikayətindən sonra onun qeyri-rəsmi nikahda yaşadığı əri ilə yanaşı, atası, dayısı, dayısının arvadı da həbs olunublar. Düzce vilayətindəki Kemerkasım kəndində yaşayan U.S. polisdə bildirib ki, 15 yaşı olanda atasının əmisi oğlu, 63 yaşlı M.P. onu zorlayıb. M.P. həbs ediləndən sonra U.S.-ni dayısı, 48 yaşlı İ.G. zorlamağa başlayıb. İki il sürəkli olaraq dayısının təcavüzlərinə məruz qalan U.S.-i sonucda valideynləri A.G. adlı 22 yaşlı şəxsə ərə veriblər. Lakin nikah qeyri-rəsmi olub: tərəflər imam nikahı ilə kifayətləniblər. U.S.-in ailə həyatı cəmi iki ay normal davam edib. Toydan iki ay sonra A.G. arvadını kişilərə satmağa başlayıb, fahişəliyə vadar edib