Taksi sürücüsü müştərini zorlamaq istədi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 219
Səs ver:
(səs: 3)
Bakıdan Gəncəyə gələn 19 yaşlı qız gəldiyi taksidə sürücü tərəfindən zorlanmaya cəhd edilib. Bu barədə məlumatı Gün.Az-a Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.

Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əfsanə Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Abbas Səhhət xəstəxanasının yaxınlığında, Bakıdan Gəncəyə gəldiyi taksidə sürücü onunla zorla cinsi əlaqədə olmağa cəhd edib. Gənc qız buna nail ola bilməyən sürücünün onun çantasından 400 manat pulu götürərək qaçdığını bildirib.

Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü, Bakı şəhər sakini, xuliqanlıq hərəkətlərinə görə məhbusluq həyatı yaşayan, 1979-cu il təvəllüdlü Rza Nadirovdur. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 9 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri