Tarzən və müğənni Humay Qədimovanı əksəriyyət səhnədə, ekranda görməyə alışıb. Şəxsi həyatını qapalı tutan sənətçinin yay istirahətindən maraqlı görüntüləri əldə etməyə müvəffəq olduq.
Sənətdən kənarda ailə üzvləri və rəfiqələri ilə zaman keçirən Humay uzaq səfərlərini də daha çox anası ilə birgə edir. Bu səfərlər həm də istirahət məqsədi daşıyır. Bu günlərdə atçılıq klubuna yollanan Humay xanımın daha bir məharətini öyrəndik. Sənətçi həm də at sürmək həvəskarıdır. Atla davranmağın qaydalarına mükəmməl yiyələnən H.Qədimova poniyə də biganə deyil. Amma onunla yenicə dostlaşdığından rəftarda diqqətli olmağa çalışır. Anası ilə istirahət edən sənətçimizin at sürərkən də, bir neçə fotolarını əldə etdik.
Qadınlar.biz həmin görüntüləri sizə təqdim edir.