"Ərim impotentdir" - Həyat hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 64 213
Səs ver:
(səs: 8)
Haqqında sizə danışacağım qəhrəmanımın - Xədicənin (ad şərtidir) 34 yaşı var

Qəhrəmanım deyir ki, nə uşaqlığı uşaqlıq kimi keçib, nə də böyüyəndən sonra bir gün görüb:

"7-8 yaşım olanda anamla rayona yas mərasiminə getmişdik. Qayıdandan sonra qonşular anama dedilər ki, ərin neçə gündür həyətinizdə kirayə qalan qadınla bir yerdədir. Yadımdadır, həmin qadın tək yaşayırdı. Bəzən aylarla kirayə pulunu da vermirdi. Anamın ona yazığı gəlmişdi. Əvvəlcə belə bir şeyin olduğuna inanmadıq. Amma bir neçə aydan sonra gördük ki, qadın hamilədir. Atam da etiraf elədi ki, onunla əlaqəsi var".

Xədicənin dediyinə görə, bu hadisədən sonra atası həmin qadınla birgə evi tərk edir:

"Sonradan öyrəndik ki, bir qızları olub. Amma atam həmin qadından da ayrıldı. Neçə dəfə geri qayıtmaq istəsə də, anam razı olmadı".

Amma qəhrəmanımın başına gələnlər təkcə bunlar deyil. Belə ki, anasının əzab-əziyyətlə böyütdüyü Xədicənin daha ağır sınaqları özü ailə qurandan sonra başlayır:

"Tibb texnikumuna qəbul oldum.Texnikumu bitirəndən sonra Sumqayıtdakı xəstəxanaların birinə işə düzəldim. Bir iş yoldaşım dedi ki, qardaşı məni görüb, evlənmək istəyir. O məni tanıyırdı, ibadət elədiyimi, hansı əxlaqa sahib olduğumu bilirdi. Evdə qardaşına deyib, o da gəlib kənardan baxıb bəyənibmiş. Sonra öyrəndim ki, qardaşı məndən 12 yaş böyükdür. Həmin vaxt mənim 22 yaşım var idi. Doğrusu, həm yaş fərqinə görə razı olmadım, həm də oğlanın bu yaşa qədər ailə qurmamağına görə şübhələndim. Bu söhbətdən 3-4 ay sonra oğlan məni qaçırdı..."

Xədicə elə toy günündə onu gələcəkdə nələrin gözlədiyini təxmin edib:

"Evə qayıdanda ona nəsə dedim, elə maşının içində məni vurdu. Başa düşdüm ki, bizdə alınmayacaq. Amma çıxış yolum qalmamışdı. Düşünürdüm ki, lap pis olsa, bir neçə aydan sonra boşanaram. Amma elə həmin ay hamilə qaldım. Bir qızımız oldu, sonra isə bir oğlumuz. Bir müddət hər şey yaxşı idi. Təxminən 2-3 il yaxşı yaşadıq. Yaxşı deyəndə ki, indikindən yaxşı. Günlərin birində mətbəxə keçəndə gördüm ki, nəsə iyləyir. Hələ onda başa düşmürdüm ki, bu, narkotikdir. Bir dəfə də hamamda özünə iynə vurduğunu görəndən sonra soruşdum ki, bu nədir? Dedi ki, sonra başa salacam. Bir də soruşanda məni çox pis döydü. Dörd qabırğam sınmışdı.Neçə dəfə onu ibadət eləməyə təhrik elədim, yalvardım. Bir ara ibadət eləmək istədi, sonra nə oldusa fikrindən daşındı. Bütün qızıllarımı satıb onu müalicə elətdirdim. İndi narkotikdən istifadə edib-etmədiyini dəqiq bilmirəm. Amma hər gün içir. Özü də heç yerdə işləmir, məni də işdən çıxardıb oturdub evdə. Evin içində xırda-xuruş alverlə balalarımı dolandırıram, bir də onun araq pulunu ödəyirəm.Gedib dükana adımı yazdırır. Neçə dəfə demişəm ki, mənim adımı borc siyahısına yazdırma. Buna görə məni ölümcül döyüb".

Ən dəhşətlisi isə budur ki. qəhrəmanımın həyat yoldaşı başqa bir xəstəlikdən də əziyyət çəkir:

"Sizdən dəfələrlə üzr istəyirəm.İndi onda impotentlik yaranıb. Mən durub kimə deyim ki, ərim impotentdir. Hər gün məni yüz dəfə xəyanətdə ittiham edir, döyür. Amma vicdanım təmizdir. Düzdür, belə getsə, ondan boşanacam. Amma onunla nikahım ola-ola heç kimlə münasibət qurmaram. Bütün qızlardan tək xahişim budur ki, ailə quranda yüz ölçüb bir biçsinlər. Hətta kimsə onları qaçırtsa belə, evlərinə dönməkdən utanmasınlar".
(səs: 8)
Şərhlər: 6
Baxılıb: 64 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri