Ukrayna Silahlı Qüvvələr Muzeyində gözlənilməz təyinat reallaşıb.
Qadınlar.biz xəbər verir ki, model Anastasiya Furman iş təcrübəsi olmadan muzeyin direktor müavini təyin edilib.
23 yaşlı seksual model təyin olunduğu vəzifədə polkovnik Nikolay Abramovu əvəzləyib. Bu addım Ukrayna mətbuatında kəskin tənqid atəşinə tutulub. Xəbərlə bağlı kinayəli yazılara da yer verilib:
"Əsas o deyil ki, Furman silahlar arasındakı fərqi bilmir. Əsas odur ki, o, manikürlə pedikürü ayıra bilir."