Bakıda zorlandığını deyərək özünü yandıran qız öldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 765
Səs ver:
(səs: 3)
Qadınlar.Biz saytı anspress.com saytına istinadən bildirirki, 23 yaşlı Məleykə İntizam qızı Bayramlının bu gecə saat 03:00 radələrində qəfildən vəziyyəti daha da pisləşib

Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 23 yaşlı Məleykə İntizam qızı Bayramlı dünyasını dəyişib. 5 saylı Xəstəxananın yanıq şöbəsinin rəhbəri Vüqar Ələkbərovun verdiyi məlumata görə, qız xəstəxananı reanimaya şöbəsində vəfat edib.

Həkimin sözlərinə görə, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Müalicəyə baxmayaraq, xəstənin durumundə heç bir irəliləyiş olmamışdı. Güclü yanğın xəsarətləri alan xəstənin bütün imunitent sistemi çökmüşdü. Onun qaraciyəri, böyrəyi və ürəyi fəaliyyətini itirmişdi. Bu gün onu əməliyyat edib, ölü toxumalarını çıxaracaqdıq”, - deyə Vüqar Ələkbərov bildirb.

Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.

Baş Prokurorluğun məlumatına görə, 1990-cı il təvəllüdlü Lənkəran sakini Məlakə Bayramlı Əli Həbibli ilə aralarındakı mübahisəyə görə intihara cəhd edib. Məlakə Bayramlı 2013-cü ilin oktyabrına qədər MTN--nin Mühafizə Taborunda hərbi xidmətdə olmuş Əli Həbibli ilə dəfələrlə görüşərək yaxın ünsiyyətdə olub. Bir müddət sonra həmin şəxsin onu zorlaması barədə Hərbi Prokurorluğa müraciət edib. Amma sonrakı müraciətlərində o, əvvəl dediklərini təkzib edərək Əli Həbibli ilə artıq nişanlandıqlarını bildirib. Şikayətlərindən imtina edib.
Prokurorluq bildirir ki, zorlanma hadisəsi təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilib.

Baş Prokurorluq qeyd edir ki, adıçəkilən şəxslər nişanlanaraq bir müddət əlaqələrini davam etdiriblər. Sonradan aralarında yenidən münasibətlər pozulduğuna və ailə qurmadıqlarına görə Məlakə Bayramlı özünü yandırmaqla intihara cəhd edib.
Fakt üzrə Səbail rayon Prokurorluğunda intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri