Müğənni İlhamə Qasımova İtaliyada keçirilən "Viarecco" qış karnavalına qatılıb.
Manşet.Az-ın məlumatına görə, sənətçi çəkdirdiyi fotoları İnstaqram səhifəsində paylaşıb.
Qeyd
edək ki, "Viarecco" karnavalı hər il İtaliyada baş tutur. 1873-cü ildən
bu yana keçirilən şənlikdə cizgi filmi və kino qəhrəmanlarının cildinə
girmiş insanlar olur. Bunların əksəriyyətini mənfi qəhrəmanlar təşkil
edir. Karnaval çərçivəsində partilər, yarmarkalar keçirilir. Hər il
"Viarecco"ya dünyanın müxtəlif yerlərindən 1 milyona qədər turist
qatılır. Fevralın 24-də başlanan karnaval martın 9-dək davam edəcək.