Oksana: "Ağılsızlıqdan boşanmaq qərarına gəldik"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 413
Səs ver:
(səs: 1)
Üç dəfə rəsmi nikah bağlayan Oksana boşanmağının səbəbini özündə görüb. O deyir ki, o vaxtlar uşaq sevgisi ilə ciddi addım atıb, bu gün günahlarının cəzasını çəkir.

"Rəsmi olaraq 3 dəfə evli olmuşam. İlk nikahım olanda 18 yaşım vardı. 17 yaşında nişanlandıqdan bir il sonra ailə qurdum. Onda elə bilirdim ki, sevirəm. Amma uşaq sevgisi idi. Heç yola da getmirdik. Ağılsızlıqdan deyim, ya uşaq olduğum üçün boşanmaq qərarına gəldik”.

Rəsulova ikinci evliyindən isə ümumiyyətlə danışmaq istəməyib.  Müxbirin "Yoldaşınız milliyyətcə rus idi?” sualını cavabsız qoyub.

"Heç bu barədə danışmaq belə istəmirəm. Üstündən neçə il keçib. Amma ikinci dəfə nikaha girəndə 25 yaşım olub".

Başından uğursuz evliliklər keçirən rəqqasə, həyatında ən güclü münasibətin Elşad Xose ilə  olduğunu etiraf edib.

"Mənim həyatımda olan bir güclü nikahı qəbul edirəm. O da Elşad idi. Təbii ki, məndə də, onlarda da səhv olub. Hamının günahı var. Mən demirəm ki, günahsız, alnıaçıq insanam. Hər kəs günahlarının cəzasını çəkir. Bəlkə də bu mənim günahlarımdır ki, cəzasını da çəkirəm”.

Həmkarı Fatimə Fətəliyevanın onu bədbəxt adlandırmasına: "Mən xoşbəxtəm. Tənhalıq bədbəxtlik demək deyil ki. Qadının yanında gərək ailəsi, usağı, çiyninə başını qoya biləcəyi bir yarı olsun”, - deyə cavab verib.

Oksana dördüncü dəfə nikah düşünmədiyini də bildirib.

"Dördüncü dəfə nikah bağlamaq fikrim yoxdur. Artıq stop demişəm. Kişilər mənə ancaq depressiya gətirirlər. Özümü yaxşı hiss etmirəm”.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri