Kənd toyunda iştirak edən edən məşhur aparıcı Zaur Baxşəliyev keçmiş günlərini xatırlayıb.
Qadınlar.biz-in xəbər verir ki, "İnstagram” bloqund toydan fotolar paylaşan aparıcı "Dayılarımın toyu yadıma düşdü. Ortalıqdan çıxmırdıq. Əlimə çubuq alıb yerə tökülən pulları necə yığırdımsa. Qocaldıq, getdik”- qeydini yazıb.
Digər fotosuna isə aparıcı "Kənd toyunun ləzzəti başqadır. Qazan qırağında mal ətinin soyutmasını isti-isti yemədinsə day nə ləzzət” -yazıb.
Qoyunlarla şəkil çəkdirən aparıcı "Kostyum geyinməklə deyil, dədə-babalarımın hamısı çoban olub. Kök, qan çəkir adamı. Bəzənib düzənib efirə çıxmaqla deyil ki, qan çəkir. Mən bununla qürur duyuram” - deyə, o, əlavə edib.