Sevgili olduqlarını bu yaxınlarda etiraf edən aktrisa Fahriye Evcen və yaraşıqlı aktyor Burak Özçivit alış-veriş mərkəzlərində birində görüntüləniblər. Paparassilərə yaxalanmamaq üçün tanınmış məkanlara getməyən cütlük bu dəfə pərəstişkarlarının fotokameralarına tuş gəliblər. Birlikdə ayaqqabı alan Fahriyə və Burakın başları o qədər qarışıb ki, şəkillərinin çəkildiyinin fərqində olmayıblar.