İlhamə Quliyeva: Siz xırda-mırdalar nə karəsiz, konsert bağlayasınız?! - Video

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 649
Səs ver:
(səs: 0)
"Heç kəs başından böyük danışmasın”.

Xalq artisti İlhamə Quliyeva gündəmi silkələyəcək açıqlama verib.

ATV-də yayımlanan "Onlar” verilişinə istinadla xəbər verir ki, primadonnanın bu sözləri çox müğənnilərin yuxusunu ərşə çəkəcək:

"Mənim üstümdə dava gedir ki, nə vaxta qədər konserti İlhamə Quliyeva bağlayacaq. Heç kəs başından böyük danışmasın. Belə, çox ucuz söz-söhbətlərə mənim ətim ürpəşir”.

Primadonna kürsüsünə göz dikənlərə sərt cavab göndərib:

"Utanmırsız, bu sözü dilinizə gətirirsiniz? Mən olan yerdə siz xırda-mırdalar nə karəsiz ki, konsert bağlayasınız?! Siz o vaxt konsert bağlaya bilərsiniz ki, mən tələsirəm, konserti açıq elan edib gedirəm. Mən olan konsertdə heç kim konserti bağlaya bilməz!”.
 

(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri