Kembric hersoginyası Keyt Middltonun üçüncü dəfə hamilə olması ilə bağlı xəbər yayılıb.
Bu haqda məlumatı "Star magazine" dərgisi yayıb.
Jurnalda yer alan məqalədə Keytin 1 aylıq hamilə olduğu və hazırda ağır günlər keçirdiyi vurğulanıb.
Şahzadə Uilyamın 33 yaşlı xanımı hələ 4 ay bundan əvvəl ikinci övladı Şarlotta Yelizaveta Diananı dünyaya gətirmişdi. Şahzadənin üçüncü hamiləliyi ilə bağlı xəbəri eşidən Böyük Britaniya kral ailəsi sevinclərini yaxınları ilə bölüşüblər. İngilis mediası bunla bağlı məlumatlar yazmasına baxmayaraq, kral ailəsindən rəsmi açıqlama verilməyib.