"Güneşin Kızları"nda ("Günəşin qızları") canlandırdığı "Selin" rolu ilə məşhurlaşan Hande Erçel ilk dəfə bir jurnal üçün obyektiv qarşısına keçib.
"Grazia" üçün fotosessiya etdirən aktrisa karyerası ilə bağlı suallara cavab verib. "Miss Civilization of the World" gözəllik yarışmasında ikinci olan Erçel hər zaman aktrisalığın arxasıyca getdiyini deyib. Hazırda təhsil alan Hande gərgin iş rejiminə görə dərslərini donduracağını açıqlayıb:
"Belə rejimdə universitet alınmır. Fikrimi tam dərslərə vermək istəyirəm deyə, bir müddətlik donduracağam".
O, serialdakı tərəf müqabili Tolqa Sarıtaş haqda isə belə deyib:
"Çox yaxın dostuq və ondan çox şey öyrənirəm. İki obraz arasındakı münasibət məni tilsimləyir. Ali və Selin bir-birinə aşiqdir, mən də onlara aşiqəm".