"Güneşin kızları" serialının qəhrəmanları Tolqa Sarıtaş və Hande Erçel haqlarında yayılan sevgi iddiaları haqda növbəti dəfə açıqlama veriblər.
Tolqa Hande ilə çox yaxın dost olduqlarını qeyd edib:
"Hande ilə çox həssas və romantik səhnələrdə çəkildik. 30 həftə ərzində çox real bir sevgi hekayəsi hazırlandı. Bir-birimizə uyğunlaşa bilirik. Ona görə də insanlar sevir və yaraşdırır. Amma aramızda sevgi yoxdur, sevgili deyilik".