Bakıda kişinin biqeyrətsizliyi: Öz arvadını fahişə adı ilə müdirə satdı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 791
Səs ver:
(səs: 0)
Oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.
Xatırladaq ki, prokuror təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzil sahibi Ramazan Əsgərov polisə müraciət edərək evində usta kimi işləyən Emin Mehdiyev və onun tanışı Namiq Məsimov tərəfindən 12 min manat pulunun oğurlandığını bildirib. İstintaq sənədlərində var ki, Ramazan Əsgərov evində usta işləyən Emin Mehdiyevə gecəni bir yerdə keçirəcək xanım tapmasını xahiş edib. Emin Mehdiyev də mənzildə külli miqdarda pul olmasından xəbərdar olub. Bu zaman usta tanışı, Namiq Məsimova xəbər verib. Namiq Məsimov da öz həyat yoldaşını Ramazan Əsgərovun evinə gətirib. Ramazan Əsgərov qadınla olan zaman iki tanış evdən 12 min manatı oğurlayıblar. Məhkəmə dövründə isə onlar bunu təsdiq etməyib. Bildiriblər ki, Ramazan Əsgərova yemək bişirmək üçün qadın lazım olduğu üçün Namiq Məsimov öz həyat yoldaşını həmin mənzilə gətirib.Lent.az
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri