Balakəndə atalığından hamilə qalan 12 yaşlı qız ANA OLDU: Uşağın vəziyyəti ağırdır

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 038
Səs ver:
(səs: 0)
Atalığından hamilə qalan 12 yaşlı qızın sentyabrın 14-də axşam saatlarında qəfildən vəziyyəti pisləşib.
Qadinla.com bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, qızın böyrəklərində olan problem səbəbindən həkimlər uşağın qeysəriyyə əməliyyatı ilə götürülməsi barədə qərar verib:

"Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda keçirilən əməliyyatdan sonra doğulan uşaq həddən artıq kiçik olduğu üçün süni nəfəs aparatına qoşulub. Uşağın həyati riski davam edir. Dünənə qədər ananın da vəziyyəti yaxşı deyildi. Bu gün artıq vəziyyəti stabilləşib, ayağa qalxıb. Uşağın həyatda qalmasına çox az ümid var".

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri