Məşhur loqolarda gizlədilmiş 12 gizli mesaj - VİDEO

Müəllif: Nigar
Şərhlər: 5
Baxılıb: 2 293
Səs ver:
(səs: 0)
Məşhur markaların loqoları çox bəsit görünsə də, diqqətlə baxanda, əslində, bizə bəzi gizli mesajlar verildiyini anlaya bilərik.

Enter.News xəbər verir ki, bu loqoları araya-ərsəyə gətirənlər bəzən illərlə baş sındırandan, hər yönüylə fikirləşdikdən sonra qərar qəbul edir və adi bir loqo üçün milyonlar xərcləməkdən çəkinmirlər.

12 gizli mesajdan bir neçəsini gözdən keçirək:

Pepsi

Yutub paylaşma şəbəkəsinin yayımladığı videoda "Pepsi”nin keçmiş loqosu yer alıb. "Pepsi” bu loqonu dəyişdirmək üçün düz 1 milyon dollar xərcləyib. Bəs yeni loqo ilə köhnəsini tutuşdurduqda gördüyümüz fərq nədir? "Arnel Assoşieytes” (Arnell Associates) adlı firma "Pepsi” üçün bu loqonu yaradarkən loqo haqqında düz 27 səhifəlik təqdimat hazırlayıb. Şirkət loqonu Da Vinçi şifrələrindən biri olaraq göstərib. Bundan başqa, loqo Fenşuy (Fenq shui), Renesans, Nisbilik nəzəriyyəsi kimi bir sıra fərqli mövzularla birləşdirilərək yaradılmış və təməlində insanlara mesajlar verilmişdi.

Apple şirkətinin loqosu da öz mesajı ilə diqqət çəkir.

Görəsən həyatımıza bu qədər daxil ola bilmiş "Əpl”in loqosu nəyə görə dişlənmiş almadır? "Əpl” loqosunun dişlənmiş alma olmasının səbəbi Adəm və Həvva əhvalatındakı dişlənmiş almaya işarədir. Eyni zamanda bunu da söyləyirlər ki, bu loqo ilk kompüterlərin yaradılmasında işirak etmiş Alan Turinqin yediyi zəhərli almaya da işarə edir.

Mercedes

"Mersedes”in üç ayrı yönə baxan loqosu da bizə 3 məna ifadə edir. Bu əfsanəvi loqo quruda, dənizdə və havadakı hakimiyəti, eləcə də keyfiyyəti rəmzləşdirir.

Toyota

"Toyota”nın loqosunda ilk baxışda məna verə bilmədiyimiz rəmzlərsə, əslində, firmanın adını təmsil edir. 3 həlqədən əmələ gələ kombinasiyadan qəribə şəkildə "Toyota” sözünün hərfləri çıxır.

Formula-1

Abreviaturası F1 olan Formula-1-in loqosu da olduqca yaradıcıdır. Loqoya ilk baxdığınızda gözünüzdə F və 1 canlana bilər. Bir çox insan isə bunu sadəcə F kimi görür. Əslində isə...

Daha ətraflı bilgi üçün videonu təqdim edirik:

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri